Kanada Gürcüstanla münasibətlərə yenidən baxa bilər

Kanada Gürcüstanla münasibətlərə yenidən baxa bilər
DÜNYA
12:56 29.10.2024
228
Kanada Gürcüstanda keçirilən parlament seçkilərində beynəlxalq müşahidəçilərin qeyd etdiyi problemlərdən narahatlığını bildirib və bu ölkənin hakimiyyət orqanları ilə münasibətlərinə yenidən baxmağı planlaşdırır.

Bu barədə Kanada Xarici İşlər Nazirliyi məlumat yayıb.

Rəsmi Ottava qeyd edib ki, Gürcüstan Mərkəzi Seçki Komissiyasının elan etdiyi nəticələri nəzərə alır, lakin beynəlxalq müşahidəçilərin seçicilərin təhdid edilməsi, rüşvətxorluq və digər problemlərlə bağlı hesabatlarından narahatdır.

"Bu kimi hadisələr araşdırılmalı və onlara cavab verilməlidir. Kanada qəti şəkildə inanır ki, azad, ədalətli və müstəqil seçkilər demokratik cəmiyyətin təməl daşıdır. G7 və Avropalı tərəfdaşlarımızla koordinasiyada və bu seçkilərin keçirilməsini və nəticələrini nəzərə alaraq, Kanada Gürcüstan hakimiyyəti ilə münasibətlərini nəzərdən keçirəcək. Gürcüstan rəhbərliyi demokratiyaya, insan haqlarına, qanunun aliliyinə hörmət etdiyi və son zamanlar müşahidə olunan demokratik geri çəkilməyə cavab verəcəyi müddətcə Kanada Gürcüstanla əməkdaşlığa açıq qalır”, - bəyanatda deyilir.

Kanada Xarici İşlər Nazirliyi "bütün tərəfləri” təmkinli olmağa, Gürcüstan hakimiyyətini isə vətəndaşların dinc etiraz etmək hüququna hörmət etməyə çağırıb.

Seçkilərdən sonra ABŞ Gürcüstana hökumətin anti-Qərb kursunu dəyişmədiyi təqdirdə mümkün nəticələrlə bağlı xəbərdarlıq edib. Avropa Komissiyası qeyd edib ki, Aİ Gürcüstandakı seçkiləri qiymətləndirərkən beynəlxalq müşahidəçilərin yekun hesabatını rəhbər tutacaq. Eyni zamanda, ayrı-ayrı ölkələrin bəyanatlarında xarici işlər nazirləri və liderlər müşahidəçilərin aralıq hesabatda qeyd etdikləri faktlardan narahat olduqlarını bildiriblər.
 
///Musavat.com
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nazir: Ermənistan bir ay sonra və ya gələn il Aİ-yə üzvlük üçün müraciət edə bilər
11:51 18.10.2025
Nazir: Ermənistan bir ay sonra və ya gələn il Aİ-yə üzvlük üçün müraciət edə bilər
Niderland səfirliyi Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
11:43 18.10.2025
Niderland səfirliyi Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisi açılıb - FOTOLAR
11:32 18.10.2025
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisi açılıb - FOTOLAR
Azərbaycan Prezidenti Xəzər dənizini xilas etmək üçün Xəzəryanı ölkələri birgə tədbirlərə çağırıb
11:24 18.10.2025
Azərbaycan Prezidenti Xəzər dənizini xilas etmək üçün Xəzəryanı ölkələri birgə tədbirlərə çağırıb
Başqırtıstanda zavodda partlayış olub, 3 nəfər ölüb
11:20 18.10.2025
Başqırtıstanda zavodda partlayış olub, 3 nəfər ölüb
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
11:19 18.10.2025
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Elçinin oğlunun əsərləri Luvr muzeyində sərgiləndi - FOTOLAR
11:12 18.10.2025
Elçinin oğlunun əsərləri Luvr muzeyində sərgiləndi - FOTOLAR
Tramp Ukrayna münaqişəsinin yeni həll yolunu təklif etdi
10:54 18.10.2025
Tramp Ukrayna münaqişəsinin yeni həll yolunu təklif etdi
HAMAS keçid mərhələsində Qəzzada nəzarəti saxlamaq niyyətindədir
10:52 18.10.2025
HAMAS keçid mərhələsində Qəzzada nəzarəti saxlamaq niyyətindədir
O da atası kimi adını villasına həkk etdirib - FOTO
10:49 18.10.2025
O da atası kimi adını villasına həkk etdirib - FOTO
Hikmət Hacıyev: Mehriban Əliyevanın Vatikan səfəri Azərbaycanda dinlərarası dialoqun göstəricisidir
10:44 18.10.2025
Hikmət Hacıyev: Mehriban Əliyevanın Vatikan səfəri Azərbaycanda dinlərarası dialoqun göstəricisidir
Maştağada kişi bıçaqlandı - Şübhəli tanışıdır
10:40 18.10.2025
Maştağada kişi bıçaqlandı - Şübhəli tanışıdır
Dövlət başçısı: Azərbaycanın Qazaxıstan iqtisadiyyatına sərmayələri 225 milyon dollara çatıb
10:37 18.10.2025
Dövlət başçısı: Azərbaycanın Qazaxıstan iqtisadiyyatına sərmayələri 225 milyon dollara çatıb
Belinə bıçaq taxıb küçədə gəzən şəxs həbs edildi
10:30 18.10.2025
Belinə bıçaq taxıb küçədə gəzən şəxs həbs edildi
Yol polisi sürücülərə müraciət edib
10:26 18.10.2025
Yol polisi sürücülərə müraciət edib
 İlham Əliyev: Qazaxıstanla siyasi münasibətlərimiz yüksək möhkəmliyə malikdir
10:24 18.10.2025
İlham Əliyev: Qazaxıstanla siyasi münasibətlərimiz yüksək möhkəmliyə malikdir