Qadın oğurladığı avtomobillə cinayət törətdi

DÜNYA
15:02 20.09.2024
200
Kanadada lüks avtomobil oğurlayan qadın avtomobil sahibinin üstündən keçərək hadisə yerindən qaçıb.
 
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, oğurluq edən gənc qadın 2 həftəyə yaxın axtarışda olub.
 
Polisin yaydığı təhlükəsizlik kamerası görüntülərinə görə, sentyabrın 6-da yerli vaxtla saat 15:00 radələrində Peel bölgəsinin Mississauga şəhərində bir qadın internetdə satış elanına qoyulan 2022 model Porsche markalı avtomobili görmək üçün sahibinin evinə gedib.
 
Qapıda nəqliyyat vasitəsi sahibi ilə danışan gənc qadın atasını gözlədiyini, lakin əvvəlcə maşını görmək istədiyini bildirib. Avtomobilin sahibi qadına avtomobili görməyə icazə verib.
 
Təhlükəsizlik kamerası görüntülərində avtomobilə minən qadının qısa müddət sonra avtomobilin qapılarını kilidlədiyi, daha sonra isə avtomobilin qapılarını yoxlayan kişini əzdiyi görünür.
 
Kişi ayağa qalxır, lakin qadın onu müşayiət edən başqa bir avtomobil ilə hadisə yerindən qaçır.
 
Hadisə zamanı avtomobil sahibinin yüngül xəsarət aldığı və səhhətinin yaxşı olduğu öyrənilib. Şəxsiyyəti hələlik məlum olmayan, lakin Cənubi Asiya əsilli olduğu bildirilən qadın və onu müşayiət edən şübhəlilər üçün axtarış əməliyyatı başladılıb. Qadının hadisə yerinə gəldiyi nəqliyyat vasitəsinin görüntüsünü də paylaşan polis, ictimaiyyəti onlayn satış zamanı diqqətli olmağa çağırıb.
 
Polisin məlumatına görə, avtomobil oğurluğunun tez-tez baş verdiyi Peel rayonunda yanvarın 1-dən mayın 31-dək 3316 avtomobil oğurlanıb. Ötən il rayonda cəmi 8 min 322 avtomobil oğurluğu hadisəsi baş verib.
 
Oksana
 

OXŞAR XƏBƏRLƏR