Kanadada Türk Dünyasının mədəni irsinin təbliği məqsədilə Qala gecə təşkil olunub

Kanadada Türk Dünyasının mədəni irsinin təbliği məqsədilə Qala gecə təşkil olunub
MƏDƏNİYYƏT
15:41 23.11.2023
1066
Kanadanın Toronto şəhərində Azərbaycanlı Kanadalılar Şəbəkəsinin təşəbbüsü ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə əməkdaşlıq çərçivəsində Türk Dünyasının mədəni irsinin təbliği məqsədilə Qala gecə təşkil olunub.

AZXEBER.COM xəbər verir ki, tədbir çərçivəsində Fondun himayəsində yaradılan və 7 ölkəni – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan və Macarıstanı təmsil edən qadın musiqiçilərdən ibarət "Yeddi Gözəl” musiqi qrupunun konserti keçirilib. Qrupun bədii rəhbəri Azərbaycan Respublikasının Əməkdar artisti Turan Manafzadədir.

Tədbirdə Azərbaycanlı Kanadalılar Şəbəkəsinin İcraiyyə Şurasının nümayəndələri Dmitriy Kirilov və Nigar Cabiyeva, Kanadanın ruhi sağlamlıq üzrə naziri və səhiyyə nazirinin müavini Ya'ara Saks, Kanada Parlamentinin üzvləri Françesko Sorbara və Əli Ehsassi çıxış edərək, belə tədbirlərin mədəniyyətlərarası dialoqun inkişafında böyük rol oynadıklarını vurğulayıblar. Tədbirdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna, eləcə də Azərbaycanlı Kanadalılar Şəbəkəsinə Türk mədəniyyətinin Kanadada təbliğində göstərdikləri səylərə görə Təşəkkür bəlgəsi təqdim olunub.

"Yeddi Gözəl” anlamblının ifasında Türk Dünyasının görkəmli bəstəkarlarının əsərləri və xalq mahnıları qonaqlara unudulmaz anlar yaşadıb.

Tədbirdə Kanadanın siyasi və mədəni dairələrin nümayəndələri, Kanada parlamentinin üzvləri, müxtəlif ölkələrin Kanadada fəaliyyət göstərən diplomatları, Azərbaycan və Türk cəmiyyətlərinin təmsilçiləri iştirak ediblər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Xocalıya səfəri ilə bağlı videoçarx paylaşdı
21:44 26.02.2026
Prezident Xocalıya səfəri ilə bağlı videoçarx paylaşdı
BDU-da qız tələbələrin fotolarını yayan şəxs saxlanıldı
21:40 26.02.2026
BDU-da qız tələbələrin fotolarını yayan şəxs saxlanıldı
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
21:19 26.02.2026
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
21:09 26.02.2026
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
20:51 26.02.2026
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
20:41 26.02.2026
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
20:32 26.02.2026
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
20:28 26.02.2026
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
20:20 26.02.2026
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
20:09 26.02.2026
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
20:06 26.02.2026
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Abşeronda mənzildə meyit tapıldı
19:55 26.02.2026
Abşeronda mənzildə meyit tapıldı
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
19:36 26.02.2026
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
19:23 26.02.2026
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
19:10 26.02.2026
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
18:59 26.02.2026
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib