Kapadokyada üzərində türk bayrağı olan şarlar havaya qalxdı

Kapadokyada üzərində türk bayrağı olan şarlar havaya qalxdı
DÜNYA
14:07 23.04.2024
101
Türkiyənin məşhur turizm mərkəzi olan Kapadokyada 23 Aprel Milli Suverenlik və Uşaq Bayramında Türk bayraqları ilə isti hava balonları havaya qalxıb. 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Uşaq Bayramı münasibətilə Nevşehirin Kapadokya bölgəsində bu gün səhər saatlarında havaya qalxan hava şarlarının səbətlərinə Türkiyə bayraqları və Atatürk posterləri asılıb. 

Yerli və xarici turistlər mindikdən sonra hava şarları havaya qalxıb.  

Türkiyə bayraqları və Atatürk plakatları təxminən 1,5 saat Kapadokya səmasında şarlarla dalğalanıb. 

Oksana
OXŞAR XƏBƏRLƏR