"1 milyondan çox Kapital Bank müştərisi ictimai nəqliyyatda NFC ödənişlərdən istifadə edir"
AZXEBER.COM xəbər verir ki, bu haqda Kapital Bank-ın rəsmisi Cavid Mirzəyev mətbuat konfransında səsləndirib.
O qeyd edib ki, bank 2025-ci ildə aidiyyatı dövlət qurumları və Bakı Kart-la əməkdaşlıq edərək oktyabr ayından etibarən ictimai nəqliyyatda ödənişlərin rəqəmsallaşmasını təmin edib:
"Xüsusən qeyd edim ki, bu yenilik təkcə Kapital Bank müştərilərini deyil, bütün bank sektorunu əhatə edir və digər bankların müştəriləri üçün də təmassız ödəniş imkanı yaradır.
Rəqəmlərlə danışsaq müştərilərimizin 1 milyondan çoxu bu həlldən istifadə edir. Bu isə bazar payının 55%-ini təşkil edir".











































