Kapitan "Neftçi"dən getdi - RƏSMİ

Kapitan "Neftçi"dən getdi - RƏSMİ
İDMAN
16:41 10.06.2019
4095

"Neftçi" kapitanı Ruslan Abışovla yollarını ayırıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə klubun rəsmi sosial şəbəkə hesabları məlumat yayıb. 31 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, 2003-2012-ci illərdə "Neftçi"nin formasını geyinən Ruslan daha sonra "Xəzər Lənkəran", "Rubin", "Qəbələ" və "İnter" kimi komandalarda oynayıb. Müdafiəçi 2017-ci ildə yenidən "ağ-qaralar"a qayıdıb. Onun "Neftçi" il 1 illik müqaviləsi var idi.

OXŞAR XƏBƏRLƏR