Karantin qaydalarını pozan sürücülərin sayı iki dəfə azalıb

Karantin qaydalarını pozan sürücülərin sayı iki dəfə azalıb
SOSİAL
10:11 30.04.2020
773
Dövlət Yol Polisi İdarəsi dünən karantin qaydalarını pozanların sayını açıqlayıb. 

AZXEBER.COM-un verdiyi xəbərə görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 28 aprel saat 00:00-dan 29 aprelədək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 806 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə aprelin 1-dən tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 43177 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Qeyd edək ki, xüsusi karantin rejiminin ilk günlərində cərimələnən sürücülərin sayı 2 mindən çox olurdu.

OXŞAR XƏBƏRLƏR