"Kaş atam mənim sənətdə bu yerlərə gəldiyimi görərdi".
AZXEBER.COM xəbər verir ki, bunu Əməkdar artist Zakir Əliyev "Rəngarəng" verilişində deyib.
O, atasından danışaraq kövrək anlar yaşayıb:
"Atam yaşasa idi, 2 il sonra 100 yaşı olacaqdı. Çox istərdim ki, məni sənətdə, səhnədə görərdi. Mən anama çox bağlı olmuşam. Atam tez dünyadan köçdüyü üçün onun varlığını hiss etməmişəm. O zaman ata oğul arasında pərdə də olardı, ata övladını qucağına belə almazdı. Amma indi əksinədir, ata-övlad arasında bağlar tamam başqadır".
Aysel










































