«Oskar» mükafatına layiq görülmüş «Xarabalıqdan olan milyonçu» filminin süjeti elə çəkildiyi Hindistanda gerçəkləşib. Belə ki, 27 yaşlı müəllim və proqramçı Suşil Kumar ölkədə populyar olan «Kim milyonçu olmaq istəyir?» viktorinasında bütün suallara cavab verərək, ölkə tarixində ilk dəfə 1 milyon dollarlıq mükafatı qazanıb.Suşil Kumarı milyonçu edən sonuncu, həlledici sual belə olub: «Hansı müstəmləkəçi dövlət 1868-ci il oktyabrın 16-da Nikobar adalarına olan hüququnu Böyük Britaniyaya sataraq, Hindistandakı mövcudluğuna son qoymuşdu?». Suşil Kumarın «Danimarka» cavabı onun həyatının dönüş nöqtəsi olub. Qalib sevindiyindən əlindəki suyu başına töküb və verilişin aparıcısı, məşhur hind aktyoru Amitabh Baççanı qucaqlayıb.