Kavani "Barselona"nın təklifini qəbul etdi

Kavani "Barselona"nın təklifini qəbul etdi
İDMAN
15:41 18.12.2021
321
İngiltərənin "Mançester Yunayted" klubundan ayrılmaq istəyən uruqvaylı futbolçu Edinson Kavani İspaniya "Barselona"sının təklifini qəbul edib.

34 yaşlı hücumçu qış fasiləsində Kataloniya təmsilçisinə keçəcək. Təcrübəli forvardın yeni komandası ilə 6 aylıq müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, Edinson Kavani 2020-ci ilin oktyabrından "Mançester Yunayted"də çıxış edir.
OXŞAR XƏBƏRLƏR