Keçmiş həyat yoldaşı Hüseyn Dəryanı məhkəməyə verdi

MAQAZİN
14:20 21.05.2013
1866

Sabunçu rayon məhkəməsinə müraciət edərək Hüseyni məhkəməyə vermişəm.

Ona aliment davası açmışam. Hazırda anam şikayət ərizəsi ilə əlaqədar məhkəmədədir”.Bu barədə Gün.Az-a repçi Hüseyn Dəryanın keçmiş həyat yoldaşı Sona İbadova açıqlama verib.S.İbadova bu addımı atmağını repçinin onu ATV telekanalının efirində təhqir etməsi ilə əlaqələndirib:“Mən ona demişdim ki, mənim adımı efirdə çəkmə. Əgər adımı çəksən, səni məhkəməyə verəcəyəm. O, isə əksinə efirdə çıxıb deyir ki, guya ona cadu-piti eləmişəm”.Repçinin keçmiş həyat yoldaşı indiyədək uşağa görə heç bir aliment almadığını bildirib:“Mən uşağa görə ondan aliment almıram. Amma yalandan efirdə danışanda mən də onun tərəfini saxlayıram ki, uşağa baxır. Əslində isə neçə ildir uşaqdan heç xəbəri yoxdur. İndiyədək uşaqla heç maraqlanmayıb. Boşandığımız gündən bircə dəfə uşağa 50 manat pul verib. Pulu verəndə keçən il qar yağan vaxt idi, onda da uşağı görmək üçün evə gəlmədi”.Qeyd edək ki, iki gün öncə ATV telekanalında Hüseyn Dərya ona cadu olunduğunu deyib və cadu edənin də keçmiş həyat yoldaşı Sona İbadova olduğunu iddia edib:“Hiss edirəm ki, mən caduluyam. Canım ağrıyır, həkimə gedirəm, həkim deyir ki, heç nəyin yoxdur. Öldürüləsi deyil ki, gedəm öldürəm, canımı qurtaram” - repçi efirdə deyib.

OXŞAR XƏBƏRLƏR