Azərbaycanda özgəsinin əmlakını mənimsəməkdə təqsirləndirilən sabiq prokurorluq işçisi barəsində axtarış elan edilib.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Binəqədi Rayon Prokurorluğunun sabiq əməkdaşı, 1958-ci il təvəllüdlü Qədirov Adil Rəsul oğlu Cinayət Məcəlləsinin 179.2.3-cü (mənimsəmə - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.A.Qədirov Azərbaycanda olmadığından onun tutulması üçün İnterpola müraciət edilib.Qeyd edək ki, A.Qədirov əvvəllər Binəqədi Rayon Prokurorluğunda müstəntiq vəzifəsində çalışıb.