Keçmiş prezidentə ayaqqabı atdılar

Keçmiş prezidentə ayaqqabı atdılar
16:45 29.03.2013
1271
4 il qürbətdə olduqdan sonra martın 24-də Pakistana qayıdan keçmiş prezident Pərviz Müşərrəf dindirilmək üçün gəldiyi məhkəmədə hücuma məruz qalıb. Kəraçi şəhər ali məhkəməsindən çıxarkən naməlum şəxs Pərviz Müşərrəfə ayaqqabı atıb. Ayaqqabı general Müşərrəfə dəyməyib. Onu atanın isə vəkil olduğu bildirilir. İnsidentdən sonra Pərviz Müşərrəf təhlükəsiz yerə aparılıb.Qeyd edək ki, bu gün Kəraçi ali məhkəməsi Pərviz Müşərrəfin toxunulmazlıq müddətinin daha 15 gün uzadılmasına qərar verib. P. Müşərrəf Pakistanın 2007-ci ildə keçmiş baş naziri Bənazir Bhuttonun sui-qəsd nəticəsində öldürülməsi və daha bir neçə qalmaqallı cinayət işi ilə əlaqədar dindirilir.
OXŞAR XƏBƏRLƏR