Kəlbəcərə yol çəkilir

Kəlbəcərə yol çəkilir
SOSİAL
15:09 08.04.2016
2693
Tərtərin mərkəzindən Şıxarxa gedən avtomobillərin rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün tədbirlər görülürAZXEBER.COM xəbər verir ki, cəbhə kəndinə aparan yol yenidən qurulur."Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin 58 saylı Xocalı Yol İstismar İdarəsinin kollektivi Tərtər-Kəlbəcər avtomobil yolunun Şıxarx kəndi ərazisində keçən hissəsinin əsaslını təmirini davam etdirir. Artıq yolun 1,5 kilometri müasir tələblər səviyyəsində yenidən qurularaq istifadəyə verilib. Tərtər-Kəlbəcər avtomobil yolunun bu hissəsi kəndlə Tərtər rayonunun mərkəzini birləşdirir.Məzahir Səlimov - 58 saylı Xocalı Yol İstismar İdarəsinin rəisi:"Bizim gələcək perspektiv planlarımızda Goranboy-Ağcakənd istiqamətində yarımçıq qalan 8 kilometr hissənin təmirinə başlanacaq. Allah qismət etsin, biz bu yolumuzu Kəlbəcərə qədər çəkək. Xalqımız da bu yoldan rahatlıqla istifadə etsin".Yolun müasir tələblər səviyyəsində yenidən qurulması sakinlər tərəfindən razılıqla qarşılanır. Əsaslı şəkildə yenilənən yol bölgədə infrastruktur layihələrinin icrasına da şərait yaradacaq.Telman Məmmədov - sakin:"Bu yollarımız çox pis vəziyyətdə idi. İndi şükürlər olsun ki, yolumuz təmir olunur. Yolun bu vəziyyətində kələ-kötürlü yerlərdə neçə dəfə qəza olub. Amma indi yolumuz çox yaxşıdır".Təmir işləri zamanı yolun üzərində olan su keçidləri yenilənib. Əsaslı təmir işlərini qısa vaxt ərzində başa çatdırmaq üçün kifayət qədər işçi qüvvəsi və texnika ayrılıb. Asfalt işləri yekunlaşdıqdan sonra yol nişanları quraşdırılacaq, piyada keçidləri üçün zolaqlar salınacaq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ürəyi xəstəliklərdən qoruyan ucuz məhsul AÇIQLANDI
17:29 07.06.2025
Ürəyi xəstəliklərdən qoruyan ucuz məhsul AÇIQLANDI
Ukraynada iki nəfər dəniz minasının partlaması nəticəsində həlak olub
17:18 07.06.2025
Ukraynada iki nəfər dəniz minasının partlaması nəticəsində həlak olub
Çin şirkəti Azərbaycana investisiya qoyuluşu imkanlarını araşdırır
16:55 07.06.2025
Çin şirkəti Azərbaycana investisiya qoyuluşu imkanlarını araşdırır
Öz hesabına varlanan ən zəngin qadınların adı AÇIQLANDI
16:27 07.06.2025
Öz hesabına varlanan ən zəngin qadınların adı AÇIQLANDI
Türkiyədən Rusiyaya gətirilmiş 20 tondan çox pomidor ölkəyə buraxılmayıb
16:17 07.06.2025
Türkiyədən Rusiyaya gətirilmiş 20 tondan çox pomidor ölkəyə buraxılmayıb
Ermənistanda keçiriləcək parlament seçkilərinin vaxtı açıqlanıb
16:03 07.06.2025
Ermənistanda keçiriləcək parlament seçkilərinin vaxtı açıqlanıb
Ceyhun Bayramov pakistanlı həmkarı ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə edib
15:45 07.06.2025
Ceyhun Bayramov pakistanlı həmkarı ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə edib
Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib - RƏSMİ
15:16 07.06.2025
Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib - RƏSMİ
Azərbaycan Prezidenti və Pakistanın Baş naziri arasında telefon danışığı olub
15:09 07.06.2025
Azərbaycan Prezidenti və Pakistanın Baş naziri arasında telefon danışığı olub
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
14:50 07.06.2025
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
14:33 07.06.2025
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
Dilarə Kazımova xalçaya büründü
14:15 07.06.2025
Dilarə Kazımova xalçaya büründü
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
13:55 07.06.2025
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
13:46 07.06.2025
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
13:33 07.06.2025
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
Sumqayıtda azyaşlı avtoqəzada ölüb
13:13 07.06.2025
Sumqayıtda azyaşlı avtoqəzada ölüb