15:36 Bazar Ertəsi, 20 May 2019
TOP4

Kəmaləddin Heydərovun oğlunun yerinə onu təyin etdilər

10:06, 19.04.20191763
Kəmaləddin Heydərovun oğlunun yerinə onu təyin etdilər
Tale Heydərovun "Qəbələ” İdman Klubunun prezidenti vəzifəsindən istefasından sonra bu posta Fariz Nəcəfov təyin olunub.

AZXEBER.COM xəbər verir ki, bu barədə klubdan rəsmi açıqlama verilib.

Bildirilib ki, sabiq prezident tərəfindən 2008-ci ildə kluba vitse-prezident vəzifəsinə təyin olunmuş Nəcəfovun rəhbərliyi altında bundan sonra da klubun məqsədi "Qəbələ” Futbol Akademiyasının inkişafı və Avropa turnirlərində uğurlu çıxış planını davam etdirməkdir.

Yeni prezident Fariz Nəcəfov təyinatla bağlı fikirlərini bölüşüb:

""Qəbələ” İdman Klubunun prezidenti olmaq mənim üçün böyük şərəfdir. Mən Tale Heydərovun başladığı və uzun illər ərzində yüksək səviyyəyə qaldırdığı işi layiqli şəkildə davam etdirməyə çalışacam. Tale müəllim hər zaman klubun gələcəyinə böyük diqqət ayırıb və mən də akademiyamızda gələcəyin çempionlarının yetişməsi üçün əlimdən gələni edəcəyəm. Onun rəhbərliyi altında klubumuz tək futbolda deyil, digər idman növlərində də böyük uğurlar əldə edib”.

Nəcəfovun təyinatı ilə Tale Heydərov isə bunları deyib:

"Mənim üçün getmək zamanı gəlmişdi. Fariz Nəcəfovun yeni prezident olmağından məmnunluq duyuram. 13 il ərzində klubun inkişafını görmək möhtəşəm idi və buna görə bir daha klubun kollektivinə, futbolçulara və azarkeşlərə təşəkkür edirəm - bilirəm ki, onlar daha da irəli gedəcəklər”.
XƏBƏR LENTİ