Kent Maknili 4 il müddətdə rəhbərlik etdiyi “Azerfon” şirkətindən ayrılmaq planını elan etdi

Kent Maknili 4 il müddətdə rəhbərlik etdiyi “Azerfon” şirkətindən ayrılmaq planını elan etdi
İQTİSADİYYAT
18:35 29.08.2016
1752

“Azerfon” yeni baş icraçı direktor təyin etdi

“Azerfon” MMC-nin baş icraçı direktoru vəzifəsində dörd il müddətində çalışmış Kent Maknili yeni karyera imkanları ilə əlaqədar 31 avqust 2016-cı il tarixindən etibarən şirkətdən ayrılmaq qərarına gəlib. Kent Maknilinin şirkətə rəhbərlik etdiyi dövr ərzində “Azerfon” (“Nar”) həm gəlir, həm də abunəçi sayındakı artım nöqteyi-nəzərdən Azərbaycanın ən sürətlə inkişaf edən mobil operatoru olmuşdur. Şirkət həmçinin məmnuniyyətlə qeyd edir ki, Klaus Müller yeni baş icraçı direktor təyin olunub. Yeni təyinatına qədər cənab Klaus Müller “Deutsche Telekom” şirkətinin xarici mobil rabitə bölümündə baş əməliyyat direktoru vəzifəsini yerinə yetirərək, 12 Avropa ölkəsində aparılan əməliyyatları idarə edib.

“Son bir neçə il ərzində “Azerfon” MMC-nin baş icraçı direktoru olaraq çalışdığım üçün çox şadam. Əldə etdiyimiz nəticələrə və şirkətin böyük inkişafa nail olmasına görə qürur hissi keçirirəm. Şirkət rəhbərliyi və kollektiv istedadlı kadrlardan ibarətdir və mən inanıram ki, Klaus Müllerin rəhbərliyi altında onlar gələcəkdə də böyük uğurlar qazanmağa davam edəcəklər”, - deyə Kent Maknili şirkətdən ayrılmasını şərh edərkən vurğulayıb.

“Azerfon” Müşahidə Şurasının sədri Georgios Koronias, öz növbəsində, bildirib: “Kent Maknili və onun rəhbərlik etdiyi komanda “Azerfon” şirkətini böyük uğurla idarə ediblər. Onun şirkətdən ayrılması xəbərini təəssüf hissi ilə qarşıladığımızı və onu aramızda görməkdən məmnun olduğumuzu bildirməklə yanaşı, cənab Makniliyə gələcək işlərində böyük uğurlar arzu edirik. “Azerfon” şirkətinə rəhbərlik etdiyi üçün ona dərin təşəkkürümüzü bildiririk”. Yeni təyinat məsələsinə də münasibət bildirən cənab Koronias, Klaus Müllerin “Azerfon” şirkətinin dinamik rəhbərliyində yeni fəsil açacağına inandığını bildirib. “Onun bir çox müxtəlif bazarlardakı təcrübəsi sayəsində əldə rəhbər tutduğu dəyərlər bizim üçün böyük önəm daşıyır. “Azerfon” Müşahidə Şurasının sədri olaraq, bizim yeni baş icraçı direktorumuz Klaus Müllerə dəstək olmağa hazıram”, - deyə Georgios Koronias sözlərinə əlavə edib.

“Azerfon” şirkətində işə başlamanın özü üçün bir şərəf olduğunu ifadə edən Klaus Müller bununla bağlı həyəcanlı olduğunu bildirib: “Kent Maknili Azərbaycanda biznesin inkişafına böyük töhfə verib. Uzunmüddətli uğur üçün inkişaf və rentabellilik çox vacibdir. Müştərilərimiz, cəmiyyət və səhmdarlarımızın ümidlərini doğrultmaq naminə şirkətimizin uğurlarının davam etdirilməsi məqsədilə hər bir kəsi əl-ələ verərək əzmlə çalışmağa dəvət edirəm”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Erməni təxribatının qarşısını alan tələbələrimiz danışdı - Video
22:50 24.04.2025
Erməni təxribatının qarşısını alan tələbələrimiz danışdı - Video
Rəşad Dağlıya görə “Space TV”yə xəbərdarlıq edildi
22:41 24.04.2025
Rəşad Dağlıya görə “Space TV”yə xəbərdarlıq edildi
Hərbi institut tələbələrinə hər ay bu qədər vəsait veriləcək
22:40 24.04.2025
Hərbi institut tələbələrinə hər ay bu qədər vəsait veriləcək
KİV: Qəzzada yaşayış binasının atəşə tutulması nəticəsində 7 fələstinli ölüb
22:29 24.04.2025
KİV: Qəzzada yaşayış binasının atəşə tutulması nəticəsində 7 fələstinli ölüb
Harvard demokratiya üçün təhlükədir - Tramp
22:14 24.04.2025
Harvard demokratiya üçün təhlükədir - Tramp
İnsulin almaq üçün aptekə gedən şəxs elə orada vəfat etdi
22:10 24.04.2025
İnsulin almaq üçün aptekə gedən şəxs elə orada vəfat etdi
İntihara cəhd edən qazinin son durumu açıqlandı
21:53 24.04.2025
İntihara cəhd edən qazinin son durumu açıqlandı
Tramp 1915-ci il hadisələri barədə "soyqırımı" sözündən istifadə etməyib
21:50 24.04.2025
Tramp 1915-ci il hadisələri barədə "soyqırımı" sözündən istifadə etməyib
Ermənistan silahlı qüvvələrinin Azərbaycan vertolyotunu vurması ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub
21:40 24.04.2025
Ermənistan silahlı qüvvələrinin Azərbaycan vertolyotunu vurması ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub
Siyəzəndə kişi küçədə infarktdan öldü
21:32 24.04.2025
Siyəzəndə kişi küçədə infarktdan öldü
Türkiyə Ermənistana münasibətlərin normallaşmasına dəstəklə bağlı çağırış edib
21:10 24.04.2025
Türkiyə Ermənistana münasibətlərin normallaşmasına dəstəklə bağlı çağırış edib
KİV: ABŞ Rusiyadan Ukraynanın öz ordusuna malik olma hüququnu tanınmasını istəyir
21:03 24.04.2025
KİV: ABŞ Rusiyadan Ukraynanın öz ordusuna malik olma hüququnu tanınmasını istəyir
Zərərçəkmiş şəxs Şuşanın işğalı günündən danışıb: Həmin vaxt bombalar yağış kimi yağırdı
20:47 24.04.2025
Zərərçəkmiş şəxs Şuşanın işğalı günündən danışıb: Həmin vaxt bombalar yağış kimi yağırdı
Gəncədə Vətən müharibəsi qazisi intihara cəhd edib
20:39 24.04.2025
Gəncədə Vətən müharibəsi qazisi intihara cəhd edib
Ayxan Hacızadə: Türkiyədəki zəlzələdə azərbaycanlıların xəsarət alması barədə məlumat yoxdur
20:30 24.04.2025
Ayxan Hacızadə: Türkiyədəki zəlzələdə azərbaycanlıların xəsarət alması barədə məlumat yoxdur
Daha bir cüdoçumuz Avropa çempionatında bürünc medal qazandı
20:23 24.04.2025
Daha bir cüdoçumuz Avropa çempionatında bürünc medal qazandı