Gəncə şəhərinin “Kəpəz” Peşəkar Futbol Klubu fəaliyyətini dayandırıb. Lent.az-a daxil olan məlumata görə, bu barədə klubun prezidenti Elmir Əliyev bildirib. E.Əliyev bununla bağlı Peşəkar Futbol Liqasına rəsmi məktubla müraciət olunduğunu deyib. Qeyd edək ki, ”Kəpəz” Unibank Premyer Liqasında ilk dövrəni 10-cu pillədə başa vurub. Komanda mövsümə Mehman Allahverdiyevin baş məşqçiliyi ilə başlayıb. Lakin komandanın uğursuz nəticələri səbəbindən o istefaya göndərilib və yerinə Mirbağır İsayev gətirilib. Lakin bir neçə gün əvvəl Mirbağır İsayev də bu klubda işləmək istəmədiyini deyib.