“Kəpəz” gürcüstanlı futbolçunu transfer edib

“Kəpəz” gürcüstanlı futbolçunu transfer edib
İDMAN
21:51 22.07.2025
361
Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən "Kəpəz” daha bir futbolçu ilə güclənib.

Klubdan AZXEBER.COM-a bildirilib ki, gürcüstanlı Otar Aptsiauri Gəncə təmsilçisinin şərəfini qoruyacaq. 23 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.

Yarımmüdafiəçi mövqeyində çıxış edən futbolçu karyerasında ilk dəfə legioner həyatı yaşayır. Onun son klubu vətənində "Dinamo" Tbilisi olub.
OXŞAR XƏBƏRLƏR