«Kəpəz» və «Oser» əməkdaşlığa başladı

İDMAN
11:29 21.05.2012
1302
Azərbaycan və Fransanın regionları arasında sosial, iqtisadi, mədəni əlaqələrin inkişafı məqsədilə tərkibinə İqtisadi İnkişaf Nazirliyinin, Gəncə, Göygöl, Balakən, Şəmkir şəhərlərinin İcra Hakimiyyətinin, Azərbaycan Dövlət Aqrar Universitetinin, Azərbaycan İnvestisiya və İxracatın Təşviqi Fondunun rəhbərliyinin, Azərbaycan Futbol Federasiyası Assosiasiyasının baş katibi Elxan Məmmədovun, Milli Məclisin depuatı, Gəncə Futbol Federasiyasının sədri Xanlar Fətiyevin və digər rəsmi şəxslərin daxil olduğu Azərbaycan nümayəndə heyəti Fransanın Burqundiya əyalətinin Yon bölgəsində səfərdədir. Səfər proqramı çərçivəsində sosial, iqtisadi, mədəni əlaqələrin inkişafını özündə ehtiva edən 4 sənəd imzalanıb.
AFFA-nın baş katibi Elxan Məmmədovun və Gəncə Futbol Federasiyasının sədri Xanlar Fətiyevin iştirakı ilə «Kəpəz» və «Oser» klubları arasında Əməkdaşlıq üzrə Protokola imza atılıb.

OXŞAR XƏBƏRLƏR