Kərim toy oxudu, pulunu vermədilər - Polisə müraciət etdi

Kərim toy oxudu, pulunu vermədilər - Polisə müraciət etdi
MAQAZİN
12:47 04.11.2025
245
Müğənni Kərim Abbasov idarə etdiyi toyun pulunu ala bilməyib.
 
AZXEBER.COM xəbər verir ki, bu haqda sənətçi özü məlumat verib.
 
"Tarixin bir günü" verilişində qonaq olan Kərim polisə müraciət etdiyini bildirib:
 
"Bu artıq dəb halını alıb sanki. Deyirlər gəl oxu, amma sonda pulunu vermirlər. Bu toy ən bahalı restoranlardan birində baş verib. Restoranın pulu verilib, digər müğənnilərin pulu verilib, hər şey ödənib bir mənim pulumdan başqa. 18 nəfər musiqiçi evinə pul apara bilmədi. Artıq polisə də məlumat vermişəm. Oktyabr ayının 12-dən bu günə qədər pulumuzu ala bilmirik. Faktı restoran da təsdiq edib, izahatlar alınıb amma nəticə yoxdur.
 
Yaxşı məclis keçib, görüntülərdə hamısı var. Pulumu niyə verməsinlər axı? Evin ağsaqqalı zəng edir, deyir mən filan bir qrumun işçisiyəm, məni hədələyir. Bunu deməkdənsə çıxart pulu ver. Hamının haqqı ödənib, bir məndən başqa. Polis bəy anasının dilindən kağız alıb, təsdiq edib ki, bizə borcu var. Amma indi bizi hər yerdən bloka atıb. Deyir pulum olanda verərəm".
 
Aysel
OXŞAR XƏBƏRLƏR