Kəşfiyyat bölməsi İsrail ordusuna dəfələrlə xəbərdarlıq edib

Kəşfiyyat bölməsi İsrail ordusuna dəfələrlə xəbərdarlıq edib
DÜNYA
12:13 07.01.2024
177
İsrail mediası İsrail ordusuna bağlı bir kəşfiyyat bölməsinin HƏMAS-ın 7 oktyabrda həyata keçirdiyi hücumlardan əvvəl dəfələrlə yüksək səviyyəli şəxslərə xəbərdarlıq etdiyini yazıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, "The Times of Israel” qəzetinin Kanal 12-də verdiyi xəbərdə İsrail ordusunun tərkibindəki kəşfiyyat bölməsinin rəisinin sentyabr ayında orduya "Həmas hücumu” ehtimalı ilə bağlı 4 dəfə xəbərdarlıq etdiyi bildirilib.

Bildirilib ki, adı açıqlanmayan idarəçi sentyabrın sonunda bütün yüksək səviyyəli qərar qəbul edən şəxslərə iki dəfə xəbərdarlıq edib və daha sonra orduya daha iki dəfə oxşar rəy təqdim edib.

İsrail ordusunun sözçüsü Daniel Hagari deyib: "Bu hadisə ilə bağlı kəşfiyyat xəbərdarlığı olmayıb”.

Ayşən
OXŞAR XƏBƏRLƏR