İspaniyanın "Real" (Madrid) komandasının fransalı hücumçusu Kilian Mbappe xəstəxanaya yerləşdirilib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçuya kəskin qastroenterit diaqnozu qoyulduğu bildirilir. Hazırda ABŞ-də olan Madrid təmsilçisi klublararası dünya çempionatında iştirak edir. Mbappe ilk turda, Səudiyyə Ərəbistanının "Əl-Hilal" kollektivinə qarşı keçirilən matçda (1:1) soyuqdəymə səbəbindən meydana çıxmayıb.
Qeyd edək ki, forvard ötən mövsüm "Real"ın heyətində 56 matçda 43 qol vurub və 5 məhsuldar ötürmə edib.