Kirkorov konsertdə aldığı zədədən danışıb

Kirkorov konsertdə aldığı zədədən danışıb
MAQAZİN
12:49 23.10.2025
68
Rusiya popunun kralı Filipp Kirkorov Kazanda konsert zamanı yıxılmasından sonra hazırki vəziyyətini açıqlayıb.

AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, o, bu haqda "Viktoriya” Rusiya Milli Musiqi Mükafatlarının qala gecəsində danışıb.

Sənətçi səhnədə pilləkənlərdən yıxılan zaman komandasının rəqqasının cəld reaksiyası sayəsində cəld ayağa qalxaraq şousuna davam etmişdi.
 
Sənətçi aldığı zədədən danışıb:
 
"Hər yara sağalır. Çapıqlar insana, xüsusən də kişiyə yaraşıq verir. Qolum da, ayağım da yaxşıdır. Allaha şükür, həkimlərin sayəsində artıq konsertlərimə tam hazıram".
 
Aysel
OXŞAR XƏBƏRLƏR