Çinli bir kişi daha da irəli gedib və onun üçün eybəcər uşaq doğan qadını geri qaytarıb. Məhkəmənin qərarına əsasən, o, dəymiş ziyana görə 120 min dollar təzminat alıb.
AZXEBER.COM Milli.Az -a istinadən bildirir ki, hadisə Çinin şimal vilayətlərindən birində baş verib. Tszyan Fen eybəcər uşaq dünyaya gətirdikdən sonra boşanmaq üçün məhkəməyə müraciət edib.Fen deyir ki, sevərək ailə qurub. Ancaq qızları dünyaya gələndən sonra hər şey korlanıb. Uşaq o qədər eybəcər olub ki, görəndə kişini şoka salıb. İlk əvvəl kişi arvadını xəyanətdə günahlandırıb. Çünki uşaq nə anaya, nə də ki ataya bənzəyib. Sonradan məlum olub ki, qadın Fenə ərə getməzdən əvvəl plastik əməliyyat keçirib və üz cizgilərində dəyişiklik edib. Yeni doğulmuş uşaq isə anasının plastik əməliyyatdan əvvəlki görünüşünə bənzəyirmiş.