03:28 çərşənbə Axşamı, 25 Sentyabr 2018
Maqazin

"Kişilər min hoqqadan çıxır" - Mətanət

17:28, 06.07.20188657
"Kişilər min hoqqadan çıxır... Həyatda özümüz-özümüzə baryerlər qoyuruq, kim mənə nə qadağa qoya bilər? Sərhədlər ailədən başlayar: ata, qardaş, həyat yoldaşı. Kənarda, sosial şəbəkədə kimsə nə etdi, mənə nə”.
 
Bu sözləri aparıcı Mətanət Əliverdiyeva "El bizim, sirr bizim” proqramında deyib.

Aparıcı cəmiyyətdə qadına olan münasibətdən, kişi qısqanclığından danışıb:

"Çalışdığım kanalda bir cütlük var. Kişi qoymur həyat yoldaşı efirə çıxsın. Başa düşmürəm, əgər qısqanırsansa, niyə xanımını kişilərin içində işləməyə qoyursan? Müstəqil qadınam. 23 ildir işləyirəm, həftənin 7 günü çalışıram. Allah ömür versin yenə çalışım. Mən ailədə öz pulumu yığıram. Hətta evdə borc istəyəndə deyirəm yoxumdur”.

M.Əliverdiyeva həmkarlarının paxıllığından söz açıb:

"Efirdə olan aparıcıların paxıllığı var. Kişi aparıcıları, qadınlara qarşı qıcıq olur. Reytinq mövzusu bütün aparıcıların boğazındadır. Bu gün verilişin reytinqi 3-dür, qınayırlar. Amma siz onun qonaqlarına, aparıcısına qiymət verin. Mən paxıl insanları görmürəm. Paxıllar heç mənim vecimə də deyil”.
 
///Axşam.az
XƏBƏR LENTİ