Cinsiyyət funksiyalarında pozulmalar olan kişilər həmcinsləri ilə müqayisədə 63 faiz daha çox miqrenə, yəni kəskin baş ağrılarına məruz qalırlar.
Bu fəsadlar arasındakı qarşılıqlı əlaqənin səbəblərini alimlər hələ bilmirlər. Tayvandakı Milli Universitetin nəzdindəki Tibb Kollecinin professoruŞao-Huan Yanhəmkarları ilə birlikdə 23 min kişi ilə bağlı məlumatları toplayıb. Onların 5700 nəfərində cinsi funksiyaların pozuntusu vardı. Daha sonra həmin şəxslərin səhhəti 17 min sağlam kişinin vəziyyəti ilə müqayisə olunub. Məlum olub ki, cinsi funksiyalarında pozuntular olan kişilər sağlam kişilərlə müqayisədə 1,63 dəfə çox miqrenə məruz qalırlar. Özü də yaş böyük rol oynayır. Məsələn, yaşı 40-a qədər olan və cinsi funksiyalarında problemlər olan kişilər başqa kişilərlə müqayisədə 2 dəfə çox "miqren" diaqnozu alıblar. Alimlər hesab edirlər ki, bütün bunların kökündə dopamin durur.(milli.az)