KİV: Təkcə Tehranda ölən etirazçıların sayı azı 217 nəfərdir

KİV: Təkcə Tehranda ölən etirazçıların sayı azı 217 nəfərdir
DÜNYA
12:10 10.01.2026
128
Təkcə Tehranda ölən etirazçıların sayı 200-dən çoxdur.

AZXEBER.COM xəbər verir ki, bu barədə Tehrandan olan anonim həkim "TIME”a danışıb.

Onun sözlərinə görə, paytaxtın təkcə 6 xəstəxanasında 217 etirazçı ölümü qeydiyyata alınıb.

Həkim ölənlərin əksəriyyətinin odlu silahdan açılan atəş nəticəsində həlak olduğunu bildirib.

Qeyd edək ki, İran hökuməti etirazlarda ölənlərin sayı barədə rəsmi açıqlama verməyib.

İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) isə ölənlərin sayının 65 olduğunu qeyd edib.
 
\apa
OXŞAR XƏBƏRLƏR