KİV: Ukraynada prezident seçkilərinə hazırlıqla bağlı müzakirələr başlayıb

DÜNYA
19:19 20.09.2024
214
"Vladimir Zelenskinin ofisində prezident seçkilərinə hazırlıqla bağlı müzakirələr başlayıb”.

Bu barədə "Politika stranı" Teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, hakim "Xalqın xidmətçisi” partiyasının sədr müavini Viktor Mikita ərazi təşkilatlarının rəhbərləri ilə müşavirə keçirib.

Qeyd edək ki, bir qədər əvvəl adıçəkilən dövlətin siyasi dairələrində V.Zelenskinin ölkədə seçkini özünün qələbə planını açıqladıqdan sonra elan edəcəyi ilə bağlı ehtimallar səslənib.
 
///apa
OXŞAR XƏBƏRLƏR