Kiyevdə GUAM XİN Şurasının 22-ci iclası keçirilib

SİYASƏT
17:44 06.12.2013
1029

Dekabrın 6-da Kiyevdə ATƏT-in Nazirlər Şurasının 20-ci iclası çərçivəsində Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM Xarici İşlər Nazirləri Şurasının 22-ci iclası keçirilib.

AZXEBER.COM-un XİN-in rəsmi saytına istinadən xəbər verir ki, iclasda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Gürcüstan xarici işlər naziri Maya Pancikidze, Moldova Baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya üzrə naziri Nataliya Qerman, Ukrayna xarici işlər naziri Leonid Kojara və GUAM-ın Baş katibi Valeri Çeçelaşvili iştirak edib.İclas zamanı GUAM üzv dövlətləri arasında qarşılıqlı siyasi fəaliyyət və GUAM+ formatında əməkdaşlıq məsələləri müzakirə olunub. Həmçinin iqtisadiyyat və ticarət sahələrində əməkdaşlıq haqqında fikirlər səsləndirilib.GUAM ərazisində həlli uzadılmış münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsiri ətrafında fikir mübadiləsi aparılıb.GUAM-ın digər dövlət və beynəlxalq təşkilatlarla əməkdaşlığının davam etdirilməsi haqda razılıq əldə olunub. Nazirlər GUAM üzv ölkələrinin Aİ ilə fəal əməkdaşlığını dəstəkləyiblər.GUAM-da sədrlik Gürcüstandan Moldovaya keçib.

OXŞAR XƏBƏRLƏR