Əməkdar artist Könül Kərimova yeni fotosessiya etdirib.
Müğənni çəkilişdən bir fotonu İnstaqram səhifəsində paylaşıb. Kərimova "Yeni fotosessiyam necədir? Xoşunuza gəlir" yazaraq, izləyicilərinə sual ünvanlayıb.
İfaçı sualı verməyinə peşman olub. İzləyicilərin əksəriyyəti onun görünüşünü tənqid edib. Onlar müğənninin çoxlu estetik etdirməklə qınayıblar.
K.Kərimovanın fotosuna "Sizin yaşınıza uyğun deyil. Gözəl düşməmisiniz, hər yeriniz silikon kimi görünür. Bu qədər estetik əməliyyat olar" kimi sözlər yazılıb.
Qeyd edək ki, müğənni hər zaman estetik əməliyyat etdirmədiyini açıqlayıb. O bildirib ki, yalnız burnunda plastik əməliyyat etdirib.
///Axşam.az