Kobaxidze: Böyük fərqlə qələbə qazanacağıq

DÜNYA
20:11 26.10.2024
238
"Biz artıq böyük fərqlə həlledici qələbəni təmin etmişik".

AZXEBER.COM APA-ya istinadən bildirir ki, bunu Gürcüstanın Baş naziri, hakim "Gürcü Arzusu" partiyasının seçki qərargahının rəhbəri İrakli Kobaxidze deyib.

"Seçkinin başa çatmağına iki saat var və iki yüz mindən çox seçici qalır. Ona görə də hər bir seçicini səfərbər etmək lazımdır, beləcə biz yalnız həlledici qəlbə qazanmayacağıq, böyük fərqlə qələbə qazanacağıq, konstitusion çoxluq əldə edəcəyik ki, bu da bizim siyasi tapşırğımızdır", - Kobaxidze deyib.

OXŞAR XƏBƏRLƏR