Kolumbiya prezidenti əvvəlki hökumətlərin çirkli pulların yuyulması yolu ilə bir "Pegasus" adlı casus proqramı üçün 11 milyon dollar ödədiyini açıqlayıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, məsələ ilə bağlı X sosial media platformasında açıqlama verən Qustavo Petro, İsrail kəşfiyyatının çirkli pulların yuyulması hesabatına əsaslanaraq, iki İsrail təyyarəsinin Kolumbiyaya eniş edərək 5,5 milyon dollar nağd pulla Tel-Əvivə qayıtdığını qeyd edib.
Ümumilikdə 11 milyon dolların nağd şəkildə ödənildiyini bildirən Petro, "Pegasus proqramı Kolumbiyada gənc liderləri və müxalifəti 6 aydan çox gizli dinləmək üçün istifadə edildi. Bu məlumat daha sonra sağçı bir jurnal tərəfindən özəl olaraq yayımlandı" deyərək qeyd edib.
Petro əllərində olan bütün məlumatları baş prokurorluğa təqdim edəcəklərini və bu vəziyyəti ciddi izləyəcəklərini bildirib.
Gülay