Qadının əlindən 230 manat pulu götürüb qaçan şəxsi Lənkəran polisi elə bazardaca yaxalayıb
Ötən gün səhər saat 10:00 radələrində Lənkəran şəhər Mərkəzi Kolxoz Bazarında alış-veriş edən qadın soyğunçunun hucumuna məruz qalıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, qadının əlindən 230 manat pulu götürüb qaçan şəxsi Lənkəran polisi elə bazardaca yaxalayıb. Məlum olub ki, 37 yaşlı Liman şəhər sakini Məmməd Məmmədəli oğlu Tağıyev bazarda Nanəbəyim Əjdər qızı Əhədovanın əlindən 230 manat pulu alaraq qaçıb. Amma polislər qadının harayına yetişdiyindən çox uzağa gedə bilməyib. Tutulan Məmməd Tağıyev ilkin istintaqa ifadəsində törətdiyi əməlindən peşiman olduğunu etiraf edib. Onun barəsində cinayət işi başlanıb, araşdırma aparılır.