UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda səfərdə "Levski" (Bolqarıstan) ilə qarşılaşan "Sabah" məğlub olub.
AZXEBER.COM xəbər verir ki, Georgi Asparuxov adına stadionda keçirilən oyunda meydan sahibləri 1:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, cütün qalibi pley-off mərhələsində AZ (Alkmar, Niderland) - "Vaduts" (Lixtenşteyn) duelinin güclüsü ilə münasibətlərə aydınlıq gətirəcək.