O yanındakı qızı işarə edərək, konsulun ona 15 yaşında olarkən təcavüz etdiyi iddiasını irəli sürüb. O qeyd edib ki, Qüdsi Osmanovun təcavüz etdiyi qızların sayı onlarladır. “Youtube”da yayımlanan video böyük ajiotaja səbəb olub.
Məsələ ilə bağlı açıqlama verən Qüdsi Osmanov isə baş verənləri təkzib edərək, təxribat adlandırıb. Konsul olayla bağlı müvafiq qurumlara müraciət ünvanladıqlarını da qeyd edib.
Konsulun açıqlamasından sonra isə dünən gecə saatlarında “Youtube”da Qüdsi Osmanovun zorladığı iddia edilən Aybəniz adlı qızın müraciəti yayılıb. Qız konsulla tanışlıqından danışaraq, hadisəylə bağlı bir sıra ilginc məqamlara toxunub. 15 yaşında konsulluqdan AMOR təşkilatının saytını idarə etmək üçün iş təklifi aldığını deyən Aybəniz, ”Özünüzü ondan qoruyun” deyə müraciətində qeyd edib.
AZXEBER.COM portalı həmin videonu diqqətinizə təqdim edir…