Koronavirus xəstəsi çayxanada saxlanıldı

Koronavirus xəstəsi çayxanada saxlanıldı
SOSİAL
15:03 05.04.2021
341
Qazaxda yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edilib

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan AZXEBER.COM-a verilən məlumata görə, Qazax rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan, rayon sakini Mehman Pərvanəyevin ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk etməsi və rayon ərazisindəki çayxanalardan birində olması müəyyən edilib.

Polis əməkdaşları tərəfindən müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı evə göndərib.

Fakla bağlı RPŞ-nin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR