Koronavirusa yoluxan körpələrdə bu simptomlar olur - RƏSMİ

Koronavirusa yoluxan körpələrdə bu simptomlar olur - RƏSMİ
SOSİAL
16:46 15.10.2021
929
Koronavirusa yoluxma ilə əlaqədar 1 yaşdan aşağı uşaqlar böyük risk qurupuna daxildir.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov "Yenidoğulmuşlarda görülən xəstəliklər" mövzusunda çıxışı zamanı deyib.

O bildirib ki, həmin dövrdə koronavirusa yoluxanlar xəstəliyi ağır keçirir: "Əsas simptom tənəffüs çatışmazlığıdır. Bəzən o qədər ağır olur ki, süni tənəffüs aparatına qoşmaq belə fayda vermir. Nadir hallarda isə bəzi uşaqlar koronavirusu simptomsuz keçirsə belə, 2-6 həftə ərzində bir çox sistemi tutan iltihabi proses başlayır. Bu, ürəyi, böyrəyi, ağciyərləri və s. tuta bilir".

OXŞAR XƏBƏRLƏR