"Azərbaycan Dillər Universitetinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin 2 qrupunda tələbələrdə koronavirus aşkarlandığı üçün qruplar 14 gün müddətində distant təhsilə keçib".
AZXEBER.COM xəbər verir ki, bu haqda məlumat Azərbaycan Universitetləri səhifəsində paylaşıb.
Hər iki universitetin 2 qrupunda koronavirusa yoluxma halı aşkarlandığı üçün həmin qruplar distant təhsilə keçib.
ADPU-nun mətbuat katibi Cavid Hüseynov bildirib ki, yoluxma halı Fizika və Riyaziyyat, İncəsənət və Fiziki Tərbiyə fakültələrinin tələbələri arasında baş verib.
ADU-nun Mətbuat Xidmətindən isə deyilib: Ənənəvi tədrisin bərpasından sonra Azərbaycan Dillər Universitetində (ADU) səkkiz tələbədə COVID-19-a yoluxub".
Bildirilib ki, universitetdə hər hansısa qrupun və fakültənin distant təhsilə keçməsi ilə bağlı məsələ həqiqəti əks etdirmir.
Qeyd edək ki, son günlər Azərbaycanda koronavirusa yoluxma artıb.
Günel Hüseynli
Günel Hüseynli