Koronavirus epidemiyası başlayandan bəri görülən ən yoluxucu variant aşkar edilib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, peyvənddən də yayınmağı bacaran "Omicron”-un BA.5 mutantı dünyanı zəbt edir.
Artıq Çinin Fujian bölgəsində epidemiya ilə bağlı tədbirlər artırılıb. Yollarda dezinfeksiya işlərinin aparıldığı bölgədə səyyar sınaq məntəqələri yaradılıb. Vətəndaşlar uzun növbələrdə dayanaraq koronavirus testindən keçirlər.
Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi bu qənaətdədir ki, yeni variant ayın sonuna kimi Avropada dominant ştama çevriləcək.
Bu variantın beş əsas əlaməti isə öskürək, burun axması, boğaz ağrısı, yorğunluq, baş və əzələ ağrılarıdır.
Mütəxəssislər bildirirlər ki, BA.4 və ya BA.5 virusuna yoluxmuş insanlar Delta və ya koronavirusun digər variantlarına yoluxmuş şəxslərdə müqayisədə dad və qoxu hisslərini itirmək və ya nəfəs darlığı yaşamaq ehtimalı daha azdır.
Aydın