Kreml: “Ermənistan-ABŞ hərbi təlimləri narahatlıq doğurur”

Kreml: “Ermənistan-ABŞ hərbi təlimləri narahatlıq doğurur”
DÜNYA
14:34 06.09.2023
219
"Ermənistan-ABŞ hərbi təlimləri narahatlıq doğurur”.

Bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Ermənistanın ABŞ-la hərbi təlimlər keçirmək planlarına münasibət bildirərkən deyib.

"Əlbəttə, belə xəbərlər, xüsusən də indiki vəziyyətdə narahatlıq doğurur. Buna görə də biz bu xəbərləri dərindən təhlil edəcəyik və vəziyyəti diqqətdə saxlayacağıq”, - o vurğulayıb.

Xatırladaq ki, sentyabrın 11-dən 20-dək Ermənistan ərazisində Ermənistan-ABŞ birgə hərbi təlimləri keçiriləcək.
OXŞAR XƏBƏRLƏR