Kreml Ukrayna ordusunun Rusiya regionlarına intensiv hücumlarını şərh edib

Kreml Ukrayna ordusunun Rusiya regionlarına intensiv hücumlarını şərh edib
DÜNYA
19:02 15.03.2024
189
Ukraynanın Rusiya regionlarına intensiv hücumları prezident seçkiləri ərəfəsində ölkədə sabitliyi pozmaq cəhdi ilə bağlıdır.
 
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Ukrayna ordusunun Rusiyanın Belqorod və Kurs vilayətlərinə son günlər quru üzərindən artan hücumlarına münasibət bildirib.

Kreml rəsmisi Ukrayna Silahlı Qüvvələrinin Rusiya regionlarına intensiv hücumlarının seçkilər ərəfəsində vəziyyətin sabitliyini pozmaq cəhdi ilə bağlı olduğunu söyləyib.

Qeyd edək ki, son günlər Ukrayna ordusunun bölmələri Rusiyanın sərhədyanı Kursk və Belqorod vilayətinin yaşayış məntəqələrinə hücumlar gerçəkləşdiriblər. Rusiya MN Ukraynanın hücum cəhdlərinin qarşısının alındığını, Kiyevin 200-ə yaxın hərbçi itirdiyini açıqlayıb.
OXŞAR XƏBƏRLƏR