Kriminal avtoritetlər Ermənistana toplaşır

MARAQLI
10:34 22.04.2011
2649
Kriminal aləmin nüfuzlu simalarından olan "Ded Hasan" ləqəbli Aslan Usoyan Ermənistana gedəcək. 

"Ded Hasan"ın Ermənistana getməkdə məqsədi onun bu ölkədə fəaliyyət göstərəcək "qanuni oğru"nu təyin etməsidir. 

"Ded Hasan"ın Ermənistanda bir çox kriminal aləmin nüfuzlu şəxsləri ilə görüşərək Ermənistana "qanuni oğru" təyin etmək üçün "namizəd"ləri nəzərdən keçirəcəyi bildirilir. Ehtimallara görə, Ermənistanda "qanuni oğru" təyin olunmağa ən real namizəd Alik Banduryan adlı şəxsdir. 

Yayılan məlumatlarda "qanuni oğru"ların az əvvəl Dubayda görüşərək Alik Banduryanın namizədliyi üzərində dayandıqları deyilir. "Ded Hasan"ın Ermənistana səfərində onu Andranik Soqoyan adlı "qanuni oğru"nun da müşayiət edəcəyi gözlənir.

 

OXŞAR XƏBƏRLƏR