Kriştiano Ronaldo İrina Şeyklə evlənir

İDMAN
16:11 22.06.2012
3324

Portuqaliya yığma komandasının oyunçusu Kriştiano Ronaldo bir ildən çox görüşdüyü Rusiyalı model İrina Şayk ilə evlənmək qərarına gəlib. 

26 yaşlı idmançı "AVRO-2012" finalından sonra , daha dəqiq 12 iyul tarixində İrina ilə evlənmək istəyir. Toyun Madeyrada, Portu Santu adasında keçirilməsi nəzərdə tutulub. Ronaldo İrinaya fevral ayında Devid Lettermanın şousunda iştirakı zamanı evlilik təklif etmişdi. Qeyd edək ki, cütlük reklam çəkilişi zamanı tanış olublar. Ronaldonun suqrat anadan bir övladı da var. İrina Şayk uşağa analıq etməyə razılıq verib və onlar çox yaxşı yola gedirlər.

OXŞAR XƏBƏRLƏR