Çöhranlı və Bağman kəndlərində 362 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb
Kürdəmir rayonunun daha 2 kəndinə təbii qaz verilib.
AZXEBER.COM-un Dövlət Neft Şirkətinin saytına istinadən verdiyi məlumata görə, bu münasibətlə keçirilmiş tədbirdə “Azəriqaz” İstehsalat Birliyinin və rayon İcra Hakimiyyətinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, ümumilikdə 362 abonenti olan Çöhranlı və Bağman kəndlərinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 52,9 kilometrə yaxın metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib.
362 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.