"Kurdlar vadisi"nin aktyoru azərbaycan ailəsinin dramında... FOTO

MƏDƏNİYYƏT
10:30 01.09.2015
2656

Türkiyə və Azərbaycan müştərək "Bir ovuc sonsuzluq" filmini ərsəyə gətirəcək.

Türkiyəli ssenarist Battal Qazi Karabulak Azərbaycan tarixindən kino çəkəcək. Dünən “Bir ovuc sonsuzluq” filminin yaradıcı heyətinin mətbuat konfransı keçirilib. Türkiyə və Azərbaycanın yaradıcı insanlarını bir araya gətirən ekran əsərinin rejissorları Battal Qazi Karabulak və azərbaycanlı rejissor Murad Abdullayevdir. Azərbaycan tarixini anladacaq filmin sujet xətti bir ailə dramının üstündə qurulub. Bu film Azərbaycan tarixini anladacaq ən yaxşı ekran işi olacaq" - deyən Battal Qazi Karabulak, filmin çaliyyə vəsaitinin yetərincə sanballı olduğunu açıqladı. Dram janrında çəkiləcək filmdə Türkiyədən dəvət olunmuş aktyorlarla bir da yer alacaq. Onların arasında  “Kurdlar vadisi”  serialında Kılıc obrazını canlandıran Səlcuq Özer də olacaq. Filmin azərbaycanlı rejissoru Murad Abdullayev eyni zamanda əsas rollardan birini oynayacaq. Azərbaycan tarixini anladacaq “Bir ovuc sonsuzluq” filmi təkcə ölkəmizdə deyil, Türkiyədə də nümayiş olunacaq. Battal Qazi Karabulak çəkilişlərinə 5-10 sentyabr tarixləri arasında start veriləcəyini və çəkiliş prosesinin 1 ay nəzərdə tutulduğunu bildirdi. Çəkilişlər İsmayıllı rayonunun İvanovka və Qubanın Xınalıq kəndində aparılacaq. Film Türkiyə və Azərbaycan kinematoqraflarının birgə yaratdığı "Sineba Film Prodakcion" şirkətinin ilk məhsulu olacaq. Kino şirkətinin təsisçiləri Cevdet Lordoğlu və Battal Qazi Karabulakdır. Baş direktorlar isə Murad Abdullayev və Elçin Məmmədlidir.

OXŞAR XƏBƏRLƏR