Türkiyədə və Yaxın Şərq ölkələrində minlərlə pərəstişkarı olan, Azərbaycanda da kifayət qədər tamaşaçı kütləsinə sahib “Kurtlar Vadisi Pusu” serialı nəhayət başlayır. Türkiyənin siyasi gündəmindəki məsələləri özünəməxsus şəkildə işıqlandıran film yeni kanalı “TNT”-də sentyabrın 15-də həmişəki vaxtda və saatda yeni mövsümün nümayişinə başlayır. Qeyd edək ki, ekranda 9-cu ilinə başlayan serial ilk dəfə 2003-cü ildə Türkiyənin Show TV-də nümayiş olunub. Filmin nümayişi daha sonra sıra ilə kanal D-də, Star-da və ATV-də davam edib.