Kürün udduğu nişanlı qız, lilə batmış dörd yaşlı Hüseyn: Çayda boğulan bacı-qardaş

Kürün udduğu nişanlı qız, lilə batmış dörd yaşlı Hüseyn: Çayda boğulan bacı-qardaş
SOSİAL
17:30 16.04.2021
7050
AZXEBER.COM xəbər verir ki, Lent.az saytı 9 aprel tarixində Kürdə batmış bacı-qardaş, 2000-ci il təvəllüdlü Hüseynli Məryəm Şahin qızı və 2016-cı il təvəllüdlü Hüseynli Hüseyn Şahin oğlunun evindən reportaj hazırlayıb.

Həmin yazını təqdim edirik:

"Altı ay sonra ilk dəfə üzü gülürdü onun. Sevincli idi. Xoşbəxtlikdən üzündə güllər açmışdı elə bil. Yazıq bacım. Qonşu kənddən, Kürün o tayında evinin ilkinə, Məryəmə nişan gəlmişdi. Necə xoşbəxt idi. Sevdiyi ilə nişanlanmışdı axı. Amma çox yox, cəmi səkkiz gün sonra elə həmin Kür götürüb gedir Məryəmi. Özü də tək onu yox. Hüseynovlar ailəsinin son beşiyini, Hüseyni də.

Sabirabadın ucqar kəndidir Cəngan. Təsəvvür edin, rayon mərkəzindən düz 80 kilometr aralıdadır. Bir-birindən aralı, yöndəmsiz, komanı xatırladan evlər... Kəndin o başında bayquş ulasa, bu başına çatacaq qədər sakit kənd. Bu sakitlik tük ürpədir.


Onların evidir. Məryəm və Hüseynin doğulub böyüdüyü ev demək olar Kürün elə sahilində yerləşir.

Evə baxanda, qohumdan, qonşudan, lap elə tamam kənar birisindən bu ailənin vəziyyəti, dolanışığıyla bağlı nəyisə soruşmağa ehtiyac qalmır. Bu uçuq-sökük divarların, köhnəlmiş əşyaların dili olmasa belə hər şeyi danışır. Hə, cəmi bir həftə qabaq balaca Hüseyn bu evdə o baş bu başa qaçır, qazan qapağını əlinə alıb maşın tək sürürdü. O uşağın haradan ağlına gələrdi ki, bir həftə sonra o qapaq elə onun və bacısının ehsan qazanının qapağı olacaq.

"Nadinc idi, rəhmətlik...” deyir, dayıları: "Rəhmətlik də deyirəm, yazıq balama. Onun indi ölən vaxtı deyildi, ay qızım. Vallah deyildi!”.

Qəzənfər kişi hadisə baş verən gündən tez-tez bacısının evinə gəlir, onun dərdinə ortaq olur. Anaları Təranə xanımla danışa bilmirik. Balaları ilə birlikdə iki gözünün nurunu da itirib ana. Bir yandan da infarkt yaxalayıb onu. Danışa bilmir. Nə danışsın? Səsinin ahəngini də alıb aparıblar sanki.

 

Söhbətimizi elə Qəzənfər dayı ilə davam etdiririk.

- İntihar deyil. Məryəm o qədər imanlı uşaq idi ki, intihar etməzdi. Mənim uşaqlarımla birlikdə böyüyüb. Elə öz uşağım kimi idi. Yanıb tökülürük. Bu nə idi başımıza gəldi?! Belə hadisə heç yüz ildə bir görünməmişdi. Hüseyn ehtiyatsızlıqdan suya düşüb. Rəhmətlik çox nadinc idi. Məryəm də onu xilas etmək istəyib. Suya atılıb, amma hər ikisi batıb. Bu uşaqlar heç vaxt çölə çıxmazdılar. Kür çayı da evlərindən yüzcə metr aralıda yerləşir.

Uşaqların atası Şahin Hüseynov törətdiyi cinayətə görə, ötən ilin sentyabrında həbs olunub. Elə həmin vaxtdan ailənin keşməkeşli günləri başlayır. Təranə xanım fəhləlik edir, orda-burda işləyib çörək pulu qazanır.  Kənd sakinləri deyir ki, kasıb, heç kimlə işi olmayan, sakit ailədir. Altı aydır beş uşağına korluq vermir, zülm-zillətə qatlaşaraq...

- Çox qapalıdırlar. Uşaqları biz heç vaxt çöldə görməzdik. Dərsə gedib, evlərinə gələrdilər. Daha küçədə oynamazdılar. Hadisə ehtiyatsızlıqdan baş verib. Dəhşətli faciədir.

 

Müəllimlərindən biri Məryəmdən danışır.

- Çox tərbiyəli, istiqanlı qız idi. Dərslərə ara verməzdi. Elə o biri qardaşı və bacıları da. Bir gün də olsa dərsi buraxmazdılar. Məryəm təzə nişanlanmışdı. Oğlan Kürün o tayında yaşayır. Qohum deyillər. Sadəcə bir-birini bəyənmişdilər. Mənə telefonda Məryəmin nişan şəkillərini göstərdilər. Necə xoşbəxt görünürdü. Elə nişanlısı Anar da. Bir-birinə elə yaraşırdılar ki...

- Bacım fəhləliklə uşaqlarını bəy balası kimi saxlayıb. Neçə gün idi evdə olurdu. Gedən yeri yox idi. Həmin gün elə bil tərslikdən işi çıxıb. Gedib işləməyə. O biri üç uşaq da məktəbdə olub. Bu ikisi çıxıblar Kürün yanında şəkil çəkdirməyə. Yazıq balalara baha başa gəlib bir şəkil.

 

Ayın 9-u qara buludlar alır Hüseynli ailəsinin başını. Atası onlardan uzaqda olsa da ürəyində bir narahatlıq, çırpıntı olur. Amma çarə yoxdur. Səsi çatmır, ünü yetmir.

- Ayın biri nişan olmuşdu. Anası o qədər sevinmişdi ki? Yazıq bacım. Altı ay sonra ilk dəfə üzü gülürdü bacımın. Onu heç belə görməmişdim. Sevincli idi. Xoşbəxtlikdən üzündə güllər açmışdı elə bil. Qonşu kənddən, Kürün o tayında evinin ilkinə, Məryəmə nişan gəlmişdi. Məryəmim də xoşbəxt idi. Sevdiyi ilə nişanlanmışdı. Amma çox çəkmədi... Cəmi səkkiz gün sonra elə həmin Kür aldı Məryəmimizi bizdən. Özü də tək onu yox. Bacımın son beşiyini də... İnfarkt keçirib bacım. Həkim müalicə yazdı. Hazırda vəziyyəti yaxşıdır. Həkim bizə tapşırdı ki, onu qoruyun, ağlamağa qoymayın. Amma necə edək? Canının paraları gedib. Evin ilk balası...Evin son balası. Ataları dəfnə gələ bilmədi. Aprelin 14-ü məhkəməsi oldu. Oğlu Nəbi getmişdi yanına. O deyib Şahinə. Təsəvvür edin, dörd divar arasındasan. Bir balan da gəlib sənə deyir ki, ata, bacımla qardaşım Kürdə batdı... Nəbiyə deyib ki, ananızdan muğayat olun. 

Hadisədən bir gün sonra, aprelin 10-da Məryəmin, 14-də isə Hüseynin cəsədi tapılır. 50 nəfər hər gün Kürdə Hüseyni axtarırmış.

Nə biləydilər ki, Hüseynin balaca bədəni o qədərdə uzaqda deyil...

Lap yaxında...lilə batıbmış.
 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
09:41 27.02.2026
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
09:39 27.02.2026
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
09:30 27.02.2026
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
09:28 27.02.2026
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
Azərbaycanda pensiyaların artırılması təklif olunur
09:23 27.02.2026
Azərbaycanda pensiyaların artırılması təklif olunur
bakıda bu yollarda sıxlıq var - siyahi
08:37 27.02.2026
bakıda bu yollarda sıxlıq var - siyahi
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
08:14 27.02.2026
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
05:08 27.02.2026
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
03:46 27.02.2026
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
02:27 27.02.2026
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
01:49 27.02.2026
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
01:12 27.02.2026
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
00:42 27.02.2026
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
00:02 27.02.2026
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO
23:50 26.02.2026
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO
Azərbaycanda çörəyin qiyməti qalxıb? - RƏSMİ AÇIQLAMA - FOTO
23:44 26.02.2026
Azərbaycanda çörəyin qiyməti qalxıb? - RƏSMİ AÇIQLAMA - FOTO