Kyokuşinkay karate üzrə II Açıq Çempionatı başlayır

İDMAN
13:56 03.05.2012
1540
6 May 2012 tarixində Bakı şəhərinin Şağan Olimpiya kompleksində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Kyokuşinkay karate üzrə uşaqlar, yeniyetmələr və gənclər arasında II Açıq Çempionatı keçiriləcəkdir. Binəqədi Gənclər və İdman İdarəsi və İFK Kyokuşinkay Beynəlxalq Karate Federasiyasının Azərbaycanda nümayəndəliyi tərəfindən təşkil olunan turnirdə Azərbaycanda Kyokuşinkay sahəsində fəaliyyət göstərən Kyokuşin Kan, İKO Matsuşima, Oyama Karate, Tezuko təşkilatlarının idmançıları iştirak edəcəkdir.Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət ölkənin bir çox sahələrində olduğu kimi, idman sektorunda da mühüm nəticələr nümayiş etdirməkdədir. Respublikada idmanın kütləviləşdirilməsi məqsədi ilə, 30-dan çox Olimpiya İdman Kompleksinin bölgələrdə inşa edilərək güclü və müasir idman infrastrukturu formalaşdırılmışdır. Ölkə başçısının bu sahəyə olan dəstəyinin əyani göstəricisi, milli idmançılarımızın son illərdə Olimpiya oyunlarında və mötəbər yarışlarda qazandıqları uğurlardır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci ilin “İdman İli” elan etməsi və bu istiqamətdə fəallıq və fədakarlığa çağırması, başda Gənclər və İdman Nazirliyi olmaq üzrə ölkədə fəaliyyət göstərən bütün idman təşkilatlarını daha böyük uğurlar əldə etmək üçün hərəkətə sövq etmişdir. Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş milli turnirin məqsədi ölkəmizdə karatenin kyokuşin növünə uşaqlar, yeniyetmələr və gənclər arasında həvəsin artırılması, idmançılarımızın beynəlxalq yarışlara hazırlıq səviyyəsinin yüksəldilməsi, və kyokuşin üzrə ölkə daxilində fəaliyyət göstərən təşkilatlar arasında əməkdaşlığın genişləndirilməsidir. İFK təşkilatının idmançıları Azərbaycanı 19 May tarixində Rusiyada Gazpromun sponsorluğu ilə keçiriləcək “Yamburq Kuboku” adlı mötəbər IV açıq beynəlxalq IFK kyokuşinkay çempionatında, 8-11 İyun tarixində Rusyanın paytaxtı Moskva şəhərində keçiriləcək KWU açıq Avropa kyokuşin çempionatında və 13 Oktyabrda İngiltərədə 4-cü Avropa Kubokunda (36-ci Açıq İngiltərə çempionatı) təmsil edəcəklər.

OXŞAR XƏBƏRLƏR