Lalə Məmmədova ərinin ona xəyanətindən danışdı

MAQAZİN
12:01 28.11.2013
3991

Artıq bir neçə müddətdir ki, ərindən boşanması xəbəri yayılan və 8 aylıq hamilə olan əməkdar artist Lalə Məmmədova hamını təəcübləndirəcək açıqlamalar verib

Müğənni "Pərdə" verilişində başına gələn bəzi hadisələrə aydınlıq gətirib. Xəyanət haqqında danışan müğənni bildirib ki, qadın güclü varlıqdı və hər şeyə dözə bilər: "Qadın güclü varlıqdı və xəyanəti də keçməyi bacarır, mən də bu xəyanətə göz yumdum, yəni keçdim, məhz övladıma görə keçdim. Amma xəyanət edən kişi əgər duz-çörəyin vacibliyini bilmirsə, bir dəfə onu bağışlamaqla heç nə düzəlməz. Siz buna əmin ola bilərsiniz o heç vaxt düzəlməyəcək. Daxilən möhkəm insan bunların hamısını keçir. Övlad üçün tək bunları ana keçməli deyil, həmçinin bunun məhsuliyyətini daşıyan ata da keçməlidir". Bəs bundan sonra necə olacağını soruşan aparıcıya müğənni belə cavab verib: "Əsas övladımdı, o, dünyaya gəlsin, sonrasına baxarıq və mən bunların hamısını keçəcəm, cünki güclü qadınam. Övladım olduqdan sonra keçmişimə baxıb hazıkı varlığımla müqayisə edəcəm".

OXŞAR XƏBƏRLƏR