Larisa Dolina mübahisəli mənzili boşaldıb

Larisa Dolina mübahisəli mənzili boşaldıb
MAQAZİN
12:57 09.01.2026
110
Larisa Dolina Xamovnikidəki mübahisəli mənzili boşaldıb.

AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə alıcının vəkili Svetlana Sviridenko məlumat verib.

Lakin 70 yaşlı xalq artistinin hələ mənzili alıcı Polina Luryeyə tam təhvil vermədiyini aydınlaşdırıb.
 
Xatırladaq ki, ötən yay Larisa Dolina Moskvanın Xamovniki rayonundakı mənzilini 112 milyon rubla satdığını və sonra gəliri fırıldaqçılara verdiyini iddia etmişdi. Ümumilikdə müğənni təxminən 180 milyon rubl itirib. Aldadıldığını anlayan Dolina məhkəmə iddiası qaldıraraq əmlakın ona qaytarılmasını tələb etdib. Nəticədə mənzilin alıcısı Polina Lurye evsiz və pulsuz qalmışdı.

Dekabr ayında Lurye nəhayət məhkəmələr vasitəsilə mənzilin mülkiyyətini bərpa edə bilb və məhkəmə əmlakın ona qaytarılmasına qərar verib.
 
Aysel

OXŞAR XƏBƏRLƏR